İlqar Altay yazır:Putin-ƏSRİN FƏLAKƏTİ

Putin Ukraynanın 4 vilayətini saxta zor ilhaqla bunu sübut etdi ki, ondakı Parkinson xəstəliyi dayaq-hərəkət sistemini, sonra sinir sistemini, yəni psixologiyasını pozandan sonra, nəhayət, psixikasını pozma stadiyasına çatıb. Aqressiv, uşaqlaşma obrazına salıb onu. 71 yaşında, bir böyük nüvə dövlətinin rəhbəri özünü ərköyün, şıltaq azyaşlı kimi aparır. Sanki qonşu ölkələrin ərazilərini uşaq oyuncağı kimi qabağına töküb kəsir-doğrayır və Rusiyanın ərazisinə birləşdirir. Sonra, etdiyinə sevinir, qışqırır və gözləri dolur. Elə bilir ki, bunu etməklə doğurdan birləşdirdi, bunu etməyi ilə həll olunur məsələ. Komediya!

Ukraynadan sonrakı planı Abxaziya, Osetiyanı Rusiyaya birləşdirməkdir… Artıq, Lukaşenkonu oraya göndərib danışıqlara. Sonra Qazaxstana keçməkdir fikri. Eynilə də, Ukrayna metodu ilə: qoşun yerit, separatizm qur, “referendum” qur, sonra bir yığıncaq keçirt və birləşmə elanını et!
Ələ salıb bu, özünü də, rus xalqını, dünyanı da. Sonra görək beyin planı hansı qonşuya yönəlir. Özünü, bədənini, dərkini əlinə yığa bilmir, hələ qonşu dövlətləri yığıb yeni SSRİ qurmaq istəyir. İnsan real həyatla yaşamır, uçur, adekvat deyil, özü də bilmir nə istəyir, nə törədir, niyə törədir.

Konkret soruşsan ki, qonşu dövlətlərdən zəbt etdiyin ərazilər nəyinə lazımdır? Öz ölkənin nə qədər istifadə edilməyən əraziləri xaraba qalıb, əhalin də çatmır heç oralarda yaşayası! Cavab tapa bilməyəcək. Çünki, bu zəbtetmələr yalnız konfliktlər və qanlı faciələr yaratmaq üçündür. Adam münaqişə, qırğın manyakıdır, ləzzət alır.

Fəlakətdir. Bir nahəng, ucsuz-bucaqsız ölkəni alıb əlinə, 150 milyon xalqlı, neft-qaz resurslu, atom-nüvə silahlı uşaq oyuncağı kimi oynadır. Buradan ora-oradan bura çevirir, yatıb-durub ağlına nə gəlir, inadla edir. Bu nadincliyi ilə də dünyanı və ən əvvəl qonşu respublikaları tam narahatlıq içində saxlayır. Dinc oturmur adam. Lenin, Stalin, Mao, Pinoçet də diktator olublar, xəstəlikləri də olub, lakin belə əqli problemsiz və heç olmasa, kənardan özlərini görə biliblər. Belə, “dəliyə yer ver, əlinə bel!” kimisindən yan öt! Necə Türkiyə, Azərbaycan konfliktdə deyil!

Ancaq öz insafsızlıgı, ədalətsizliyi ilə insanlığa, dünyaya qarşı çıxanı dünya, tale belə qoymaz. Bu insanın bitməyi gəlmiş, özünü də, Rusiyanı da çökdürüb bitirəcək. Nə etsə özünə edəcək.

Müəllif: İlqar Altay